FIFA prezidenti Canni İnfantino İran milli komandasının futbolçuları və İran Futbol Federasiyasının vitse-prezidenti Məhəmməd Nəbi ilə görüşüb. Sport24.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəhbəri sosial şəbəkə hesabında paylaşım edib:
"Kosta Rika ilə yoldaşlıq oyunundan əvvəl İran milli komandasının oyunçuları ilə görüşməkdən çox məmnun oldum. Oyunçularla, eləcə də İran Futbol Federasiyasının birinci vitse-prezidenti Mehdi Məhəmməd Nəbi ilə danışmaq imkanım oldu. Bir daha İran milli komandasını Dünya Kubokuna vəsiqə qazanması və İranda və dünyada milyonlarla insanı qürurlandırdığı üçün təbrik etdim. Futbol ən çətin şəraitdə belə birlik və ümid gətirir".