"Milan" "Partizan" və Monteneqro milli komandasının hücumçusu Andrey Kostiçlə müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. 

 

Müqavilə iyulun 1-dən qüvvəyə minəcək. 19 yaşlı hücumçu əvvəlcə "Milan"ın gənclər komandasına qoşulacaq və daha sonra əsas kollektivlə məşqlərə başlayacaq.

 

"Podqoritsa"nın yetirməsi olan Kostiç ötən yaydan Serbiya təmsilçisi "Partizan"da oynayır. Hücumçu bu mövsüm bütün turnirlərdə 34 oyuna çıxıb və 11 qol vurub. Kostiç ötən ilin oktyabrında Monteneqro millisində debüt edib və iki oyun keçirib.