Müdafiəçi Riko Lüis "Mançester Siti"dən ayrıla bilər. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" portalı məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 21 yaşlı futbolçu oyun təcrübəsinin azlığından narazıdır.

 

Mətbuatda yayılan xəbərlərə əsasən, "Nyukasl" və "Sanderlend" oyunçuya yaxından maraq göstərir. "Fulhem", "Brentford", "Kristal Pelas" və "Brayton" da Lüisin çıxışını izləyir. 

 

Qeyd edək ki, gənc futbolçu bu mövsüm "şəhərlilər"in heyətində bütün turnirlərdə 21 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.