"Selta" baş məşqçisi ilə müqavilə müddətini artırıb. Sport24.az xəbər verir ki, klub onunla işbirliyinə davam etmək istəyib.

 

Avropa Liqasındakı uğurlu çıxışa görə də Klaudio Xiraldesə bir çox təkliflər gəlib.

 

Lakin o özü də "Selta"da qalmağa üstünlük verib.

 

38 yaşlı ispan 2028-ci ilin iyun ayına qədər bu komandaya rəhbərlik edəcək. Qeyd edək ki, Xiraldes 2024-cü ildən "Selta"nı çalışdırır.