Azərbaycan Basketbol Liqasında 20 turun nəticələrinə əsasən, müntəzəm mövsümün ən dəyərli oyunçuları (MVP) müəyyənləşib. Sport24.az Azərbaycan Basketbol Federasiyasına istinadən xəbər verir ki, A və B qrupları üzrə ən yaxşılar açıqlanıb.

 

A qrupunda "Sabah" klubunun üzvü Hassani Qravet mövsümün MVP-si seçilib.

 

B qrupunda isə bu ada "Ordu" komandasının basketbolçusu Cermeyn Hed layiq görülüb.