FİFA referisi Kamal Umudlu UEFA yarışlarında iki oyunu idarə edib. Sport24.az xəbər verir ki, o, 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin I raundunun 3 oyununda fəaliyyət göstərib.

 

Umudlu A qrupunun İsveç - Sloveniya və Belçika - İsveç matçlarında baş hakim, Belçika - Sloveniya qarşılaşmasında isə ehtiyat hakim olub.

 

Digər azərbaycanlı referi Vüsal Məmmədov isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirib.