"Napoli"nin baş məşqçisi Antonio Konte və "Milan"ın çalışdırcısı Massimiliano Alleqri İtaliya millisinin baş məşqçisi postuna əsas namizədlərdir. Sport24.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. 

 

İtaliya Futbol Federasiyası "azzurri"ni çalışdırmağa hər iki namizədi nəzərdən keçirir. DŞ-2026-nın pley-offunda Bosniya və Herseqovinaya uduzduqdan sonra Gennaro Qattuzonun vəzifəsindən ayrılması ehtimalı yüksəkdir.

 

Qeyd edək ki, Konte karyerası ərzində artıq bir dəfə - 2014-cü ilin avqustundan 2016-cı ilin iyununa qədər İtaliya millisinə rəhbərlik edib.