"Kəpəz" daha bir futbolçunun keçidini həll edib. Gəncə təmsilçisindən verilən məlumata görə, "sarı-göylər" qapıçı Yusif İmanovu heyətinə qatıb.
23 yaşlı qolkiper ilə mövsümün sonuna kimi müqavilə bağlanıb.
Qeyd edək ki, İmanov son olaraq Kosovonun "Malişeva" klubu ilə sözləşmə imzalamışdı.