Azərbaycanın sərbəst güləşçisi Ali Tsokayev (86 kq) Rusiyanın Yakutsk şəhərində keçirilən turnirdə qızıl medal qazanıb. Bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

 

Cəbrayıl Hacıyev (79) bu yarışda üçüncü yeri tutub.

 

Tarko-Sale şəhərində isə yunan-Roma güləşi üzrə turnir baş tutub. Burada Fərid Sadıxlı (55 kq), Nihad Quluzadə (60 kq) və Məhəmməd Əhmədiyev (97 kq) bürünc medala sahib çıxıblar.