"Real Sosyedad"ın futbolçusu Takefusa Kubo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Tottenhem" yaponiyalı vingeri transfer etmək istəyir.
Bu barədə "Football Insider" məlumat yayıb.
İspaniya klubu futbolçusunu satmağın əleyhinə deyil. Onlar 24 yaşlı ön xətt oyunçusu üçün 60 milyon avro tələb edir.
Qeyd edək ki, "Real Sosyedad" Takefusa Kubonu 2022-ci ilin yayında Madrid "Real"ından transfer edib. Yaponiya millisinin üzvü bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol vurub.