"Mançester Yunayted" və "Aston Villa" klubları "Milan"ın hücumameylli yarımmüdafiəçisi Kristian Pulişiçin transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu "Calciomercato" portalı məlumat yayıb.

 

Əvvəllər "Çelsi"də oynamış amerikalı futbolçu İtaliya klubu ilə yeni müqavilənin şərtlərini müzakirə etməyə tələsmir. Mənbənin özlərinə görə, Pulişiç "Milan"ın gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazanmasını gözləmək niyyətindədir.

 

Qeyd edək ki, 27 yaşlı futbolçu "Milan"a 2023-cü ildə "Çelsi"dən keçib. Onun İtaliya klubu ilə hazırkı müqaviləsi 2027-ci ilə qədərdir və daha bir il üçün seçim imkanı da var. Ötən mövsüm futbolçu 50 matçda 17 qol vurub və 12 məhsuldar ötürmə edib.