Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən futbolçu Marselo Brozoviç İtaliyaya qayıda bilər. Sport24.az xəbər verir ki, "Yuventus" 33 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.
Turin təmsilçisi xorvatiyalı oyunçunu yaxından izləyir. Lakin Brozoviçin illik 25 milyon avro qazanması hazırda ciddi maneədir.
Qeyd edək ki, Marselo Brozoviç 2015-2023-cü illər aralığında İtaliyada "İnter"in formasını geyinib. O, cari mövsüm "Əl-Nəsr" forması ilə 13 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.