Misli Premyer Liqasının XII turunda "Karvan-Yevlax"ın qonağı olacaq "Kəpəz"in heyətində iki itki var. Sport24.az-a verilən məlumata görə, qapıçı Məmməd Hüseynov cəza, yarımmüdafiəçi Mahamadu Ba zədə səbəbindən meydana çıxmayacaq.

Əvəzincə ötən tur cəza səbəbindən adı protokolda olmayan Dieqo Verdaşka və I turda zədələnən Adama Fofana sıraya dönüb. Fofana ilə bağlı qərarı isə baş məşqçi Azər Bağırov verəcək.

Qeyd edək ki, noyabrın 21-də keçiriləcək "Karvan-Yevlax" - "Kəpəz" matçı saat 14:00-da start götürəcək.