Qırğızıstanın "Muras Yunayted" klubunun ukraynalı məşqçisi Sergey Puçkov tez-tez kobud ifadələr işlətdiyinə görə vəzifəsindən azad edib. Sport24.az xəbər verir ki, bu barədə Qırğızıstan Futbol İttifaqının sədri, Baş nazirin müavini və Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyev məlumat verib:

 

"Sergey Puçkov oyunçulara qarşı kobud ifadələr işlətdiyinə görə baş məşqçisi vəzifəsindən uzaqlaşdırılıb".

 

Onun sözlərinə görə, işdən çıxarılan məşqçi komanda ilə danışarkən, eləcə də oyunlar zamanı uşaqlar və yeniyetmələr tribunada olarkən tez-tez və kobud şəkildə söyüş söyüb:

 

"Əgər kimsə futbolçuların şərəf və ləyaqətini təhqir edərsə, onlar Qırğızıstanda işləyə bilməzlər".