Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət millisi UEFA İnkişaf Turnirində ilk oyununu keçirib. Sport24.az xəbər verir ki, U-15 Monteneqro ilə üz-üzə gəlib.

 

Kişineuda yerləşən Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilən görüş rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, U-15 turnirdə ikinci matçını noyabrın 20-də Bolqarıstan yığmasına qarşı keçirəcək.