21 yaşadək futbolçulardan ibarət millimiz bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxacaq. Sport24.az xəbər verir ki, B qrupunda yer alan yığma Cəbəllütariqlə qarşılaşacaq.

 

Bakı vaxtı ilə saat 22:00-da start götürəcək oyun "Europa Point Stadium"da keçiriləcək.

 

Rəşad Eyubovun çalışdırdığı komanda 2 xalla qrupda 5-ci pillədədir. Portuqaliya (12 xal) birinci, Çexiya (9 xal) ikinci, Şotlandiya (7 xal) üçüncü, Bolqarıstan (7 xal) dördüncüdür. Xalı üzünə həsrət qalan Cəbəllütariq isə qrupun autsayderidir. 

 

Qeyd edək ki, yığma növbəti matçını 2026-cı il martın 27-də Bakıda Portuqaliyaya qarşı keçirəcək.