Bu gün Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində keçiriləcək dünya çempionatında mübarizəyə başlayacaq. Sport24.az xəbər verir ki, A qrupunda yer alan yığma ilk olaraq Peru ilə qarşılaşacaq.

 

Qrupun digər görüşlərində ABŞ İspaniya ilə, FIDE komandası ilə Qazaxıstanla münasibətlərə aydınlıq gətirəcək.

 

Millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı isə İlahə Qədimovadır.

 

Qeyd edək ki, dünya çempionatı noyabrın 24-də başa çatacaq.