İlahə Qədimova 2026-2027-ci illərdə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) ən mötəbər yarışlarını idarə edəcək hakimlərin siyahısında yer alıb. Sport24.az xəbər verir ki, bu barədə FIDE məlumat yayıb.

 

Qurumun açıqladığı ən yüksək kateqoriyalı referilərin siyahısında dünyadan 24 ədalət təmsilçisi var. Bunlardan 13-ü Avropa ölkələrini təmsil edir.

 

Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyasının (AŞF) baş katibi İlahə Qədimova yeniyetmələr arasında dünya birinciliyinin ikiqat qalibi, 20 yaşlı şahmatçılar arasında Avropa çempionatının qızıl medalçısıdır. O, cari ildə də bir sıra mötəbər yarışlarda işləyərək hakim fəaliyyətini davam etdirib.

Dünya şahmatının ən tanınmış hakimlərindən biri Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovdu. 60 ildən çox yarışlarda ədalət təmsilçisi olan F.Həsənovun adı bu göstəriciylə ən uzun müddətli şahmat hakimi kimi "Ginnesin Rekordlar Kitabı"na daxil edilib.