Azərbaycan Monteneqronun Budva şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatında 47 şahmatçı ilə təmsil olunacaq. Sport24.az xəbər verir ki, bu barədə Şahmat Fedrasiyasının mətbuat xidməti məlumat yayıb.
9 turdan ibarət yarışda 8,10,12,14, 16, 18 yaşlı qız və oğlanlar arasında mükafatçılar müəyyənləşəcək.
Qeyd edək ki, yarışda Avropanın 48 ölkəsindən 1169 şahmatçı mübarizə aparacaq.