"Napoli"nin futbolçusu Kevin De Bruyne yaşıl meydanlara gözləniləndən daha gec qayıdacaq. Sport24.az xəbər verir ki, belçikalı yarımmüdafiəçinin zədəsi ciddidir.

 

Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

 

De Bruyne A Seriyasının 8-ci turunun "İnter"lə matçında penalti yerinə yetirərkən sağ ayaq əzələsindən zədə alıb. 34 yaşlı yaşlı orta xətt oyunçusu 3-4 ay yaşıl meydanalrdan uzaq qalacaq.

 

Qeyd edək ki, "Napoli" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibidir. Komandalar arasındakı oyun 25 noyabr tarixində İtaliyada baş tutacaq.