"Qəbələ"nin Azərbaycan Kubokunun II təsnifat mərhələsində "Mingəçevir"in qapısına vurduğu qollar düzgün qurulmuş kombinasiyalı hücumların nəticəsi idi. Sport24.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisii Kaxaber Sxadadze klubun mətbuat xidmətinə açıqlamasında deyib.

 

O, "Mingəçevir" üzərində qzanılan qələbəni şərh edib:

 

"Komandamı təbrik edirəm. 3 gündən sonra növbəti oyuna çıxacağıq. Futbolçularımız yaxşı təsir bağışladılar. Oyuna tam konsentrasiya olduq. Bu, mənim üçün çox vacib idi. Bütün qollarımız düzgün qurulmuş kombinasiyalı hücumların nəticəsində vuruldu. Sonradan meydana daxil olan futbolçular da özlərini yaxşı tərəfdən göstərdilər. İndi isə artıq çempionatda növbəti oyunumuza hazırlaşmalıyıq".

 

Qeyd edək ki, "Mingəçevir" üzərində 5:1 hesabı ilə qələbə qazanan "Qəbələ" 1/8 finalda I Liqa təmsilçisi "Şəfa" ilə qarşılaşacaq.