FİFA Türkiyənin "Antalyaspor" klubunu cəzalandırıb. Sport24.az az xəbər verir ki, buna səbəb klubun sabiq futbolçusu Samuel Etonun menecerinə çatmalı olan vəsaiti ödəməməsidir.

 

Nəticədə "Antalyaspor" transfer cəzası alıb. Superliqa təmsilçisi qarşıdakı 3 "transfer pəncərəsi"ndə heyətini gücləndirə bilməyəcək.

 

Qeyd edək ki, Samuel Etoo 2015-2018-ci illərdə "Antalyaspor"da oynayıb.