Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha iki oyunu keçirilib. Sport24.az xəbər verir ki, baş tutan görüşlərdən sonra növbəti 1/8 finalçılar müəyyənləşib.

 

Qəbələdə şəhərin eyni adlı komandası "Mingəçevir"ə 5:1 hesabı ilə qalib gəlməklə növbəti raunda adlayıb.

 

"Şamaxı" isə səfərdə "Səbail"i 1:0 hesabı ilə üstələyərək 1/8 finala yüksəlib.

 

Qeyd edək ki, II təsnifat mərhələsinə "Neftçi" - MOİK oyunu ilə yekun vurulacaq.