Azərbaycan Kubokunda II təsnifat mərhələsinə bu gün yekun vurulacaq. Sport24.az xəbər verir ki, ikinci oyun günündə keçirilməli olan 6 görüşdən artıq ikisi başa çatıb. "Sumqayıt" "Zaqatala"dan,  "Difai" isə "Xankəndi"dən üstün olub.

 

Qeyd edək ki, bununla da 1/8 final mərhələsinə yüksələn 8 komandanın adı müəyyənləşib. Dünən keçirilən görüşlərdən sonra "Turan Tovuz", "Kəpəz", "Karvan-Yevlax", "İmişli", "Şəfa" və "Baku Sportinq" növbəti mərhələyə vəsiqə əldə ediblər.

 

Bizon Azərbaycan Kuboku

II təsnifat mərhələsi

"Zaqatala" - "Sumqayıt" 0:3

"Xankəndi" - Difai" 1:2