Azərbaycan millisi FIFA reytinqində ən azı üç pillə geriləyəcək. Sport24.az-ın məlumatına görə, bu, yığmanın DÇ-2026-nın seçmə mərhələsində son iki matçında uduzması sayəsində mümkün olub.

Ali futbol qurumu yeni reytinqi sabah açıqlayacaq.

Yığma 1132,97 xalla 126-cı ola bilər. Buna baxmayaraq Azərbaycan millisi 4 və ya 5 pillə də geriləyə bilər. Çünki 127-ci sıradakı Farer adaları və 128-ci Malavi bu gün beynəlxalq yoldaşlıq oyunları keçirəcəklər.

Qeyd edək ki, Azərbaycan komandası bu ay DÇ-2026-nın seçmə mərhələsində Bakıda İslandiyaya 0:2, Fransaya isə 1:3 hesabı ilə uduzub.