"Monako" və "Reyncers"in keçmiş baş məşqçisi Filip Kliman tezliklə "Norviç"in baş məşqçisi olacaq. Sport24.az "Sky Sports News"a istinadən xəbər verir ki, klub rəhbərliyi Klimanla bütün məsələlərdə ortaq məxrəcə gəlib.
Mənbənin sözlərinə görə, 51 yaşlı belçikalı mütəxəssisin təyinatı ilə bağlı rəsmi açıqlamanın bu axşam veriləcəyi gözlənilir.
Qeyd edək ki, "Norviç" ötən həftə baş məşqçi Yohannes Torupu istefaya göndərib.