"Mançester Siti" "Real"ın gənc futbolçusu Arda Güleri transfer etmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə "Defensa Central" məlumat yayıb.

 

"Şəhərlilər" 20 yaşlı yarımmüdafiəçini klub tarixinin ən bahalı 2-ci transferi etməyə hazırdır. Belə ki, "Mançester Siti" Güler üçün 100 milyon avro ödəməyə razıdır. Komandanın baş məşqçisi Xosep Qvardiola Türkiyə millisinin üzvünün "Mançester Siti"nin taktik sisteminə mükəmməl uyğunlaşacağına inanır. Ardanın Madrid klubu ilə hazırkı müqaviləsi isə 30 iyun 2029-cu ilə qədərdir.

 

Qeyd edək ki, Arda Güler "Real"a 2023-cü ilin yayında "Fənərbaxça"dan keçib.