Azərbaycan Kamandan Oxatma Federasiyasının təşəbbüsü ilə Türkiyədən dəvət olunan beynəlxalq dərəcəli hakim Alper Gülerin tərəfindən keçirilən təlimlər uğurla başa çatıb. Sport24.az xəbər verir ki, 2 iki gün davam edən hakimlik təlimlərində ümumilikdə 22 nəfərin iştirak edib.
Təlimin sonunda baş tutan imtahanın ardından iştirakçılara federasiyanın baş katibi Fərid Xəlilov və hakim Alper Güler tərəfindən sertifikatlar təqdim olunub.
Təlimdə parakamandan oxatma üzrə komandamızın baş məşqçisi İlqar Abbasov, məşqçi Vüsal Kazımov və paralimpiyaçımız Şahin Cabbarov da iştirak ediblər.