Türkiyənin DÇ-2026-nın pley-off mərhələsində potensial rəqibləri müəyyənləşib. Sport24.az xəbər verir ki, qardaş ölkənin millisi bu dörd komandadan biri ilə qarşılaşacaq: İsveç, Rumıniya, Şimali Makedoniya və Şimali İrlandiya.
Yarımfinal oyunu tək oyundan ibarət olacaq.
Türkiyə qalib gələrsə, pley-offun finalına yüksələcək və burada 2 və 3-cü səbətlərdə yer alan komandalar arasındakı oyunun qalibi ilə qarşılaşacaqlar.
Qeyd edək ki, pley-offunun püşkatması sabah keçiriləcək.
1-ci səbət: İtaliya, Danimarka, Türkiyə, Ukrayna.
2-ci səbət: Polşa, Uels, Çexiya, Slovakiya.
3-cü səbət: İrlandiya, Albaniya, Bosniya və Herseqovina, Kosovo.
4-cü səbət: İsveç, Rumıniya, Şimali Makedoniya, Şimali İrlandiya.