Azərbaycanın kişilərdən ibarət "Azərreyl" voleybol klubu CEV Kubokunda ilk oyununa çıxır. Sport24.az xəbər verir ki, Bakı təmsilçisi 1/32 final mərhələsində Niderlandın "Orion Stars" komandası ilə qarşılaşacaq.

 

Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək görüşün start fiti saat 17:00-da səslənəcək.