Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları davam edir. Sport24.az xəbər verir ki, bu gün Azərbaycan idmançıları üç növdə mübarizə aparacaqlar.

 

Təmsilçilərimiz stolüstü tennis, voleybol və muaytay növlərində qüvvəsini sınayacaqlar.

 

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq. Azərbaycan 34 mükafatla (5 qızıl, 11 gümüş, 18 bürünc) medal sıralamasında 7-ci pillədə qərarlaşıb.