"Sabah" basketbol klubu heyətinə  amerikalı basketbolçu cəlb edib. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Cerri Bleyksla 2 mövsümlük müqavilə imzalayıb.

 

31 yaşlı müdafiəçinin sonuncu klubu Çin təmsilçisi "Hefei Storm" olub.

 

Qeyd edək ki, 2016-cı ildən peşəkar karyeraya başlayan Bleyks daha əvvəl İsveç, İtaliya, Fransa, Almaniya, Kipr, Latviya-Estoniya və Litva çempionatlarında oynayıb.