Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti məşqçilik karyerası ərzində rəhbərliyi altında oynamış ən yaxşı futbolçuların adını çəkib. Sport24.az xəbər verir ki, 66 yaşlı italyan mütəxəssis bu barədə Qari Linekerin podkastında danışıb:

 

"Qapıçılar? Perussi, Dida, Petr Çex, Noyer, Kasilyas, Kurtua. Və bir neçəsini unutmuşam. "Parma"da işləməyə başlayanda Buffon var idi. Ən yaxşı müdafiəçilər? İngiltərədə ürəyim Con Terriyə məxsusdur. Həmçinin Karvalyo, Yaap Stam, Maldini, Nesta, Serxio Ramos, Pepe, Varanın da adını çəkə bilərəm. İnanılmaz uşaqlar idi. Ən yaxşı yarımmüdafiəçilər kimlər olub? Pirlo, Xabi Alonso, Luka Modriç, Toni Kroos, Kazemiro, Lempard, Ballak və həmçinin "Çelsi"də Essyen. Arturo Vidal, Zeedorf, Qattuzo və Ambrosini də unutmaq olmaz".

 

İtaliyalı mütəxəssis həmçinin qeyd edib ki, bu siyahıda yalnız hücumda olan Qari Lineker çatışmır. İngiltərə millisinin keçmiş oyunçusu isə Ançelottinin bu özlərini gülüşlə qarşılayıb.