ÇSKA 25 yaşlı "Fənərbaxça" vingeri Oğuz Aydının icarə şərtlərini 15 iyunadək razılaşdırıb. Sport24.az xəbər verir ki, insayder İvan Karpovun məlumatında razılaşmanın məbləği 650 min avro olaraq göstərilib.

 

Əlavə olaraq Aydın 6 oyunda iştirak edərsə (hər oyunda ən azı 55 dəqiqə) vingerin məcburi satınalma qiyməti 6 milyon avro olacaq.

 

"Fənərbaxça" futbolçunun sonrakı satışından əldə olunan gəlirin 20 faizini alacaq. Oğuz yaxın vaxtlarda tibbi yoxlamadan keçəcək və 13 yanvarda ÇSKA ilə birlikdə Abu-Dabiyə yola düşəcək.