"Yuventus" klubu Marko Ottolininin idman direktoru vəzifəsinə təyin olunduğunu açıqlayıb. Sport24.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

Bildirilir ki, Ottolini 1 yanvar 2026-cı ildən etibarən rəsmi olaraq "ağ-qaralar"a qoşulub və klubun baş icraçı direktoru Damien Komolliyə tabe olacaq.

 

Qeyd edək ki, Marko Ottolini daha əvvəl də "Yuventus"da çalışıb. O, Turin klubunda skaut və icarə üzrə şöbə rəhbəri vəzifələrində işləyib. Daha sonra 2022-ci ildə "Cenoa"nın idman direktoru olub və onun rəhbərliyi altında "qrifonlar" yenidən A Seriyasına qayıdıblar.

 

Hazırda "Yuventus" İtaliya A Seriyasının turnir cədvəlində 17 oyundan 32 xalla 5-ci pillədə qərarlaşıb. Turin klubu lider "İnter"dən 4 xal geri qalır.