Fransa millisinin baş məşqçisi Didye Deşam Çempionlar Liqasında cari mövsümdə fransız məşqçilərin olmaması ilə bağlı sualı cavablandırıb. Sport24.az xəbər verir ki, o, bununla bağlı "RMC Sport"a açıqlama verib:
"Bəli, təəssüf edirəm. Düşünürəm ki, hətta Fransada belə fransız məşqçilər qiymətləndirilmir. Mənim təəssüratım belədir. Xaricdə isə onların sayı getdikcə azalır. Biz başqalarından daha pisikmi? Düşünmürəm. Başqaları daha yaxşı təşkil olunubmu? Əlbəttə.
Liqa 1 və Liqa 2-də yuxarı yerlərdə qərarlaşan komandaların baş məşqçiləri xaricilərdir. İstedadlı fransız məşqçisi var, amma onlara həmişə tələbat olmur. Buna görə çox məyusam. Bu statistika mövcuddur və o da yaxşı deyil. Amma bu bizim məşqçilərin keyfiyyətini şübhə altına almır. Bu tendensiyanı geri qaytarmaq üçün təkmilləşdirilməli çox şey var".
Qeyd edək ki, Deşamın rəhbərlik etdiyi Fransa millisi bu gün DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ukrayna ilə qarşılaşacaq.