"Real Madrid" ev stadionunun adını dəyişdirmək qərarına gəlib. Sport24.az xəbər verir ki, bu barədə "Kral klubu"nun mətbuat xidməti məlumat yayıb.

 

Əvvəllər "Santyaqo Bernabeu" kimi tanınan arena indi sadəcə "Bernabeu" kimi təqdim olunacaq. 

 

Qeyd edək ki, madridlilər ad dəyişikliyi ilə yanaşı, klub stadionun loqotipini də ictimaiyyətin diqqətinə çatdırıb.