Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) VII tura start veriləcək. Sport24.az xəbər verir ki, B qrupunun qarşılaşmasında "Lənkəran" "Sərhədçi"ni qəbul edəcək.

 

Oyun saat 15:00-da Lənkəran Olimpiya İdman Kompleksində başlayacaq.

 

Meydan sahibləri B qrupunda 8 xalla üçüncü yerdə qərarlaşıb, eyni xala malik qonaqlar isə beşinci sıradadır.

 

Qeyd edək ki, tura noyabrın 16-da yekun vurulacaq.