Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2025-ci ilin yanvar-sentyabr aylarında idmançılardan 649 dopinq testi götürüb. Sport24.az xəbər verir ki, bu barədə AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "İdmanda hüquq və ədalət: Yeni antidopinq çərçivəsi" adlı beynəlxalq konfransda məlumat verib.
Testlərin 282-si yarış zamanı, 367-si isə yarışdan kənar aparılıb. 68 idmançı Qeydiyyata alınmış Test Qrupunun (QTQ) nəzarətindədir. Həmçinin 30 antidopinq məntəqəsi auditdən keçirilib, yeni DNT/QTİ seçimi və təlimləri təşkil olunub.