Azərbaycanın kişi voleybolçulardan ibarət "Xilasedici" komandası Çelenc Kubokunda ilk matçını keçirib. Sport24.az xəbər verir ki, Bakı təmsilçisi 1/32 final mərhələsində Rumıniyada "Styaua" kollektivinin qonağı olub.
Qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü noyabrın 20-də Bakıda, Fövqəladə Hallar Nazirliyinin idman zalında, saat 18:00-da başlayacaq.