Azərbaycanın kişi voleybolçulardan ibarət "Xilasedici" komandası bu gün Çelenc Kubokunda ilk matçını keçirəcək. Sport24.az xəbər verir ki, təmsilçimiz 1/32 final mərhələsində Rumıniyada "Styaua"nın qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü noyabrın 20-də Bakıda, Fövqəladə Hallar Nazirliyinin idman zalında, saat 18:00-da başlayacaq.