Avrokuboklarda çıxış edən kişi voleybolçulardan ibarət "Azerrail" CEV Kubokunda mübarizəsini davam etdirir. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası (AVF) məlumat yayıb.
Təmsilçimiz turnirin 1/32 final mərhələsində Niderlandın "Orion Stars" klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, komandalar arasında ilk oyun noyabrın 13-də Bakıda, FHN-nin idman zalında keçiriləcək. Görüş saat 17:00-da başlayacaq. Bir həftə sonra isə "Azerrail" səfərdə Niderland klubunun qonağı olacaq.