"Birinci dövrə başa catdı. Turnir cədvəlinə baxanda görürürük ki, ilk "altılıq"da gərgin mübarizə gedir". Bu sözləri Sport24.az-a açıqlamasında Arif Əsədov deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının başa çatan birinci dövrəsini şərh edib:

"Komandalar arasında xal fərqi çox azdır. İkinci "altılıq"da yer alanlar - "Qəbələ", "Karvan-Yevlax" və "Kəpəz" öz aralarında Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaqlar. "Neftçi"nin ilk dövrədən sonra turnir cədvəlinin ortalarında qərarlaşması isə bir qədər təəccüblüdür. Xal fərqi çox olmadığına görə, "ağ-qaralar" ikinci dövrədə liderlərə çata bilər. Bunun üçün isə Samir Abasovun komandası II dövrədə maksimum xal toplamalıdır. İlk dövrədə "Neftçi" bəzi matçlarda gözlənilməz xallar itirməklə yadda qaldı. Avrokuboklara vəsiqə uğrunda gərgin mübarizə gedir. Bu, növbəti iki dövrədə də özünü göstərəcək".

Qeyd edək ki, ilk dövrənin bir oyunu - Sabah" - "Qarabağ matçı təxirə salınıb.