Fransa millisinin futbolçusu Kilian Mbappe və daha dörd futbolçu Azərbaycan yığmasına qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə mərhələsinin oyununu buraxa bilər. Sport24.az-ın məlumatına görə, Mbappe ilə yanaşı Manu Kone, Adrian Rabiot, Eduardo Kamavinqa, Teo Ernandes sarı vərəqə limitindədir.
Bu oyunçulardan hansısa noyabrın 13-də Ukrayna ilə qarşılaşmada sarı vərəqə alsalar, üç gün sonra Bakıdakı görüşdə meydana çıxmayacaqlar.
Qeyd edək ki, Azərbaycan - Fransa oyunu noyabrın 16-da baş tutacaq.