"Barselona"nın polşalı hücumçusu Robert Levandovski 2022-ci ildə İspaniyaya köçdükdən sonra onu ən çox nəyin təəccübləndirdiyini açıqlayıb. Sport24.az xəbər verir ki, o, bu barədə "Rymanowski Live" yutub" kanalına açıqlamasında danışıb:

 

"Burada katalonlara polyaklar deyilir (Polaco İspaniyada katalonlara və ya onların dilinə aid ləqəbdir - red.). Mən həmişə deyirəm ki, həm polyak, həm də Barselonadan olan polyakam. Gülməlidir ki, bura gələndə katalan dilinin Barselonadakı katalonlar üçün nə qədər vacib olduğunu belə anlamamışdım. Münhendə Bavariya və ya Polşada Silez dili kimi bir şey olacağını gözləyirdim. Bu dillər mövcuddur, amma getdikcə unudulur. Amma Barselonada, bütün dövlət və özəl məktəblərdə katalan dili məcburi fənndir".