"Napoli" "Real"ın vingeri Franko Mastantuononun transferində maraqlıdır. Sport24.az  "Defensa Central"a istinadən xəbər verir ki, İtaliya klubu 18 yaşlı futbolçu üçün bu qış 50 milyon avro təklif etməyə hazırdır.

 

Mənbənin sözlərinə görə, "Real" argentinalı gənc futbolçunu satmaq niyyətində deyil və onun mövsümün ikinci yarısında özünü daha yaxşı tərəfdən göstərəciyni gözləyir.

 

Qeyd edək ki, Mastantuono bu mövsüm bütün turnirlərdə 14 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2031-ci ilin yayına qədərdir.