"Turan Tovuz" heyətə düşməkdə çətinlik çəkən bəzi futbolçuları icarəyə vermək istəyir. Sport24.az məsələ ilə bağlı etibarlı mənbədən məlumat əldə edib.
Kurban Berdıyevin şans vermədiyi oyunçular var.
Hətta bölgə təmsilçisi ilə "İmişli" arasında bu mövzuda danışıq da gerçəkləşib. Tovuz klubu bəzi futbolçuları sözügedən komandaya təqdim edib.
Lakin baş məşqçi Jorj Kaşkilya təklif edilən futbolçuları bəyənməyib və bu üzdən "pələnglər" başqa alternativlərə yönəliblər.