İtaliyalı hücumçu Mario Balotelli karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirə bilər. Sport24.az insayder Nikolo Skiraya istinadən xəbər verir ki, "Əl-İttifaq" 35 yaşlı futbolçunun transferində maraqlıdır.

 

Mənbənin sözlərinə görə, Əmirlik klubu hücumçuya 2028-ci ilə qədər müqavilə təklif etməyə hazırdır və Balotellini komandaya qoşulmağa razı salmağı planlaşdırır.

 

Qeyd edək ki, Mario Balotelli 2025-ci ilin iyulunda "Cenoa"dan ayrılıb və hazırda azad agentdir. Ötən mövsüm o, 6 oyunda iştirak edib, ümumilikdə 56 dəqiqə meydanda olub. İtaliya klubuna keçməzdən əvvəl o, Türkiyənin "Adana Demirspor" klubunda və bir neçə başqa komandada oynayıb.