"Fənərbaxça"nın futbolçusu Marko Asensio ölkəsinə qayıda bilər. Sport24.az xəbər verir ki, "Vilyarreal" ispaniyalı hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir.
Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Sarı sualtı qayıq" Asensio üçün yanvar ayında Türkiyə klubuna təklif göndərməyi planlaşdırır. İstanbul nəhəngi 29 yaşlı oyunçu üçün 20-25 milyon avro tələb edəcək.
Qeyd edək ki, "Fənərbaxça" Marko Asensionu mövsümün əvvəlində PSJ-dən 7,5 milyon avroya transfer edib. Təcrübəli futbolçu bu mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.