"Borussiya"nın yarımmüdafiəçisi Salih Özcan karyerasını Türkiyə Super Liqasında davam etdirəcək. Sport24.az xəbər verir ki, "Beşiktaş" türkiyəli futbolçunun keçidini həll edib.

 

Bu barədə "Sözcü" nəşri məlumat yayıb.

 

İstanbul nəhəngi Salihlə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Almaniya klubu "qara qartallar"ın 27 yaşlı dayaq yarımmüdafiəçisi üçün göndərdiyi 3 milyon avroluqq təklifi qəbul edib.

 

Qeyd edək ki, "Borussiya" Salih Özcanı 2022-ci ilin yayında "Köln"dən transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm Dortmund təmsilçisinin heyətində 4 rəsmi matçda cəmi 21 dəqiqə meydanda olub.